AZ
RU EN

Loft stil qapılar

Son 10 ilinin dəbinə çevrilən loft stilində qapılar interyer dizaynlara qeyri-adi və unikal görünüş bəxş edir. Loft qapıların seçimi interyer dizayndan çox aslıdır, buna görə də evlərin və ya məkanların interyer dizaynına fikir verilməlidir və loft qapılar bir neçə dəfə gözdən keçməlidirlər. Loft qapıların şüşələri və kənar çərçivələri bir-biri ilə uyğun gəlməli və yaraşmalıdırlar, bu səbəbdən loft qapıları seçərkən çox diqqətli olmaq lazımdır. Glasstech şirkəti istehsalçı və quraşdırıcı firmalardan biri olaraq öz müştərilərinə müxtəlif həllər təklif edir. Temperli və tripleks (laminə) şüşələrdən hazırlanan loft qapılar adi şüşədən fərqli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, bu da o deməkdir ki, Glasstech şirkəti yalnız interyerinizin gözəlliyini yox sizin təhlükəsizliyinizi də təmin etmiş olur.

 

 

Gallereya