AZ
RU EN

Şəkilli şüşə fartuklar

Evin ən ləziz və rahat hissəsi – mətbəxtir. Mətbəxin hər zaman gözəl aura və ruhu gözəlləşdirən interyer dizayna ehtiacı var, buna görə də Glasstech şirkəti mətbəx önlükləri üçün dekorativ şüşələri istehsal edərkən bu amillərə hər zaman diqqət yetirir və bütün lazimi dekorativ şüşə seçimlərini öz müştərilərinə təklif edir. Parça, print, metal və s. kimi dekorativ aksessuarları 2 temperli şüşələrin arasına yerləşdirərək sobada yüksək dərəcəli temperaturda bişirilir. Mətbəx fartukları temperli və tripleks şüşələrdən hazırlandığı üçün adi şüşələrdən fərqli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, bununla yanaşı istilik fərgindən yaranan termoşok (şüşə səthində yaranan çatlama və qırılma halları) prosesi baş vermir. Hər zaman qüsursuz və zərbəyə davamlı şüşə istehsal edən Glasstech şirkəti öz müştərilərinin yalnız interyerin gözəlliyini yox, onların təhlükəsizliyini də təmin edir.

Gallereya