AZ
RU EN

Sürgülü şüşə qapılar

Sürgülü şüşə qapılar günümüzdə çox dəbdədir, dizaynerlər və memarlar tərəfindən tez-tez interyer dizaynda tədbiq olunur və eyni zamanda istifadəsi çox rahat və praktikdir. Sürgülü qapı sistemləri müxtəlif cür ola bilərlər, buna görə də sürgülü şüşə qapılar seçilən zaman mütlək otaq və ya məkanın interyer dizaynı bir neçə defe gözdən keçirilməlidir. Sürgülü şüşə qapılar sadə və dekorativ şüşələrdən hazırlanır. Glasstech şirkəti sürgülü şüşə qapı istehsalçısı kimi həm də quraşdırıcısı kimi tanınan nadir firmalardan biri olaraq öz müştəriləri üçün geniş seçim imkanlarını təklif edir. Şüşəiçi parça, print, metal, təbii orqanik seriyalar və bir çox müxtəlif həllər təklif edən Glasstech şirkəti bütün işlərində temperli və tripleks (laminə) şüşə istifadə edir. Temperli və lamine suseler adi şuşələrdən fərgli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, bu da o deməkdir ki, Glasstech şirkəti yalnız interyerinizin gözəlliyini yox sizin təhlükəsizliyinizi də təmin etmiş olur.

Gallereya