AZ
RU EN

Glasstech Haqqında Məlumat

2007-ci ildə təsis edilmiş Glasstech firması əsas fəaliyyət sahəsi olaraq şüşə sənayesini seçmişdir. Ümumilikdə isə baş mütəxəssislərimiz şüşə emalı sahəsində 16 illik təcrübəyə malikdirlər. Şirkətimiz hər zaman yenilikləri və təqdim etdiyi məhsulların keyfiyyəti ilə seçilməkdədir. Mühəndislərimizin iki illik intensiv texniki araşdırması və sınaqları nəticəsində 2015-ci ilin ikinci yarısında Glasstech öz məhsul portfelinə yeni dekorativ laminə və boyalı şüşələr əlavə edərək ölkə şüşə sektoruna daha bir yenilik gətirdi.

Almaniya, İtaliya, Finlandiya və Türkiyədə yaradılmış innovativ texnologiyalar əsasında işləyən firmamız müştəri məmnuniyyətinin davamlı artırılmasını ön planda tutmaqdadır.

Müştərilərə daha yüksək xidmət göstərilməsi, sifarişlərin vaxtında və tez çatdırılması məqsədi ilə istehsalatın idarə olunmasında şüşə sənayesinə xas olan müasir kompüter proqramlarından (ERP) istifadə edilir.

Firmamız həmçinin öz məhsullarını Fasad, İnteryer və Mebel sahəsində fəaliyyət göstərən müştərilərinə də təqdim edir.

Glasstech müştərilərinə etibarlı partnyor, keyfiyyətli məhsul təminatçısı olmağı və beynəlxalq standartlara cavab verən idarəetmə sistemini tətbiq etməyi özünə hədəf seçmişdir.