Şəkildə təqdim olunan şüşə və metal konstruksiya pilləkan qəfəsinin çıxışının ətrafdan izolasiya olmağı məqsədi ilə tərtib olunmuşdur. Bu şüşə konstruksiya həm funksionallığı baxımından həm də interyerin dizaynına verdiyi möhtəşəm görüntü görüntü baxımından digər layihələrimizdən seçilməkdədir. Bu kimi konstruksiyalar adətən alt mərtəbənin üst mərtəbədən tamamilə izolasiya olmağı məqsədi ilə tərtib olunur ki, yaranan tüstü üst mərtəbəyə təmas etmədən soğurulub damdan çıxa bilsin. Layihə detalları aşağıda təqdim olunur:
Şüşə ara kəsmə panelləri quraşdırılmadan öncə, Glasstech tərəfindən lazımi mühəndislik və topografik ölçmə işləri görülərək metal karkas konstruksiyanın modular ölçüləri çıxarılaraq istehsalata ötürüldü. İstehsal olunan daşıyıcı metal konstruksiya döşəmə beton üzərinə anker boltlarla bərkidildikdən sonra ön və arxa üzlər alçıpan material ilə üzlənmişdir.
Hər bir şüşə panelleri iki qat 6mm qalınlığında şüşələrdən ibarətdir. Şüşə layları verilən radiusda bükülərək ilk öncə temperli hala gətirilir. Daha sonra bu şüşələrin arasına xüsusi tripleks plyonka yerləşdirilərək temperlənərək tripleks şüşə əldə olunur. Bu şüşələr həm zərbələrə qarşı davamlıdır həm də laminə olma xüsusiyyətini daşıdığı üçün qırıldığı zaman yerə səpələnməyərək yüksək təhlükəsizlik əmsalına malikdir.