ADA Universiteti yeni tədris binasında Glasstech tərəfindən quraşdırılan bu konstruksiyada dekorativ print rəngli şüşə olunmuş, metal karkas və işıqlandırma sistemi hazırlanaraq istifadə edilmişdir. Layihə ilə bağlı texniki məlumat aşağıda sıralanıb:
Hər bir dekorativ rəngli şüşə panelinin yüksəkliyi 3.2m eni isə 1.3m təşkil edir. Bu şüşələr iki qat 6mm qalınlıqda temperli şüşələrin bir biri ilə xüsusi dekorativ plyonka ilə yüksək temperaturda pişirilərək birbirinə yapışdırılmışdır. Şüşələrin həm temperli şüşə həm də tripleks şüşə olmağı ən yüksək təhlükəsizlik xüsusiyyəti daşımağına səbəb olur. Şüşələrin arxasında quraşdırılan metal karkasa birləşmə metodu isə üzərində açılan dəliklərdən boltların bağlanması ilə həyata keçirilib.
Şüşəni divardan 10cm aralı saxlamaq (işıqlandırma məqsədi ilə) üçün divara tavana qədər yüksəklikdə olan metal daşıyıcı konstruksiya yığılaraq bərkidilmişdir.
Şüşələrin işıqlandırılması metal karkasın arxa divarına quraşdırılan xüsusi uzun ömürlü ağ rəngli led işıqlarla bərabər şəkildə düzülərək həyata keçirilib.