AZ
RU EN
Shushe meheccer ADA universiteti yeni tedris binasında çöl balkonlara Glasstech tərəfindən quraşdırıldı
ADA University, Baku - Apr 01,2019

ADA Universiteti - Fasad kənarı çöl şüşə məhəccər

ADA Universiteti yeni tədris binasında balkon kənarı şüşə məhəccər layiəhsi də şirkətimiz olan Glasstech tərəfindən həyata keçirlmişdir. Ümumi uzunluğu 450 metrə olan bu məhəccər fərqli bərkidilmə texnologiyası ilə həyata keçirilərək öz seqmentində ölkəmizdə tək şüşə məhəccərdir. Layihə detalları ilə aşağıda tanış ola bilərsiniz: 

  • Şüşə panellər 

Hər bir şüşə panelinin ölçüləri 1500 x 1300 mm-dir. Bu panellər qalınlıqları 10 mm olan 2 ədəd şəffaf temperli şüşənin bir biri ilə aralarında xüsüsi plyonka ilə birləşdirilməsi nəticəsində əldə edilmişdir. Ümumi qalınlığı isə 21.5 mm olan tripleks lamine məhəccər (perila) şüşələri yüksək külək yüklərinə qarşı dayanıqlı və arasındaki plyonka sayəsində yüksək təhlükəsizlik faktoruna malikdir.  

  • Şüşə tutucu aluminium və paslanmaz metal aksesuarlar 

Şüşələr klassik ustdən bərkidilmə metodundan fərqli olaraq xüsusi U tipli aluminium kanallarla balkon beton dösəmə plitəsinə yandan bərkidilərək quraşdırılmışdır. Üzərinin estetik görünüşünü təmin etmək üçün isə Glasstech tərəfindən tərtib olunan Paslanmaz metal listə forma verilərək şüşə uzunluğu boyunda listlər istifadə edilmişdir. 

Gallereya