ADA Universiteti yeni tedris binasında tərtib olunan yeni kitabxana içərisindəki burulma formasında olan pilləkan metal konstruksiyanın şüşə məhəccər ilə şüşələnmə işlərini Glasstech şirkətimiz növbəti dəfə uğurla həyata keçirdi. Bu layihənin həcminin kiçik görünməsinə baxmayaraq, məhəccər şüşələrinin hər birinin fərqli radiuslarda bükülərək istehsal olunması olduqca mürəkkəb istehsalat texnologiyası tələb edir. Azərbaycan şüşə sektorunda təkrar bir ilki həyata keçirən Glasstech bu işin də üstəsindən uğurla gəldi. Aşağıda layihədə tədbiq olunan material və konstruksiyalar haqqında məlumatlar sıralanmışdır:
Hər bir şüşə fərqli oxlarda və fərqli radiuslarda olduğu üçün layihənin şüşə ölçüləri topopgrafiya ölçmə metodu ilə çıxarılaraq kompyuter vasitəsi ilə 3D vizualizasiya olundu və şüşə formaları, radiusları və ölçüləri çıxarıldı. Hər bir şüşə iki qat şüşədən ibarət olmaqla yanaşı üzərində həm deliklər açılmışdır həm temperlənərəq tripleks şüşə halına gətirilmişdir. Tripleks və temperli olmağı şüşənin müqavimətinin artırılmasını və qırıldığı zaman səpələnməməyini təmin edir.
Şüşələr daşıyıcı metal konstruksiyaya nöqtə tutucu üsulu olaraq adlandırdığımız bərkidilmə metodu ilə quraşdırılıb. Burada hər bir şüşəni 6 ədəd şüşə tutucu aksesuar saxlayır.