ADA Universteti yeni tədris binasının Auditoriyasında quraşdırılan mərtəbə şüşəli məhəccər və pilləkan şüşəli məhəccər konstruksiya layihəsi Glasstech şirkəti tərəfindən şəffaf temperli tripleks şüşələr istehsal olunaraq quraşdırma işləri həyata keçirilmişdir. Balkon şüşələri radiuslu olaraq istehsal olunaraq obyektə təhvil verilmişdir. Lahiyə detalları ilə aşağıda tanış ola bilərsiniz.
Şüşə məhəccərdə istifadə olunan şüşə növü şəffaf 8mm qalınlıqda bükülmüş temperli olaraq qeyd olunur. Hər bir şüşə paneli 2 ədəd 8mm şüşədən ibarət olub temperlənib bükülərək lamine olunmuşdur (yəni tripleks halına gətirilmişdir).
Şüşələr zəmin betonuna xüsusi paslanmaz tutucu aksesuar və profillərlə ankerli boltlar vasitəsi ilə bərkidilmişdir. Hər bir aksesuar 304 markalı paslanmayan poladdan istehsal olunmuşdur.