AZ
RU EN
şüşə sütun və şüşə kolonlar - glasstech
Sumqayıt, Şüşə kabin - Jan 18,2018

Aztelekom kabini

Şəkildə təqdim olunan konstruksiya şirkətimiz tərəfindən Aztelekom şirkəti üçün hazırlanmış və Sumqayıt şəhərində quraşdırılmışdır. Konstruksiyanın ölçüsü böyük görünməsə də Glasstech üçün bu iş böyük bir əhəmiyyət kəsb edir. Belə ki bu işin ərsəyə gətirilməsi şirktəimizin şüşə mühəndisliyi sahəsində özünü bir daha sübut etməsini göstərir. Daşıyıcı elementlərin hər biri şüşədən istehsal olunan bu kabinin xüsusiyyətləri ilə aşağıda tanış ola bilərsinz: 

  • Daşıyıcı şüşə sütun 

Külək və zərbə yüklərinin mühəndislik hesabları aparılaraq hər bir şüşə elementinin qalınlığı və ölçüləri hesablanmışdır. Daşıyıcı sütun vəzifəsini daşıyan şüşə sütunlar 3 qat 10 mm şüşədən istehsal olunan tripleks şüşədən hazırlanmışdır. Şüşələrin hem temperli həm də tripleks olmağı bu şüşə sütunlarının yüklsək zərbələrə və külək yükünə dayanıqlı olmağını təmin edir. Hətda çatlama və qırılma halında sütunlar tək blok halında yenə də ilkin formasını və pozisiyasını qoruyur. Telefon aparatı da tam müstəqil olaraq ayrı bir şüşə sütun üzərinə quraşdırılaraq konstruksiyadan tam şəkildə azad edilmişdir. 

  • Kənar və arxa şüşə divarlar 

Kənar və arxa şüşələr temperli şəffaf şüşələrdən istehsal olunaraq üzərindəki deliklər sayəsində daşıyıcı şüşə sütunlara birləşir. 

  • Şüşə birləşdirmə elementləri

Yan fasad tavan və sütunları bir birinə paslanmayan metaldan hazırlanmış xüsusi şüşə tutucular vasitəsi ilə bərkidilib. 

  • Konstruksiyanın zəminə bərkidilməsi 

Konstruksiya zəmində beton plitəyə anker boltlarla sabitlənərək yığılıb. 

Gallereya