AZ
RU EN
babək plaza ofis arakəsmə işlərində matlaşan və şəffaf olan smartglass pdlc araüz ofis arakəsmə və oniks divar işləri glasstech tərəfindən görülüb. Eyni zamanda şüşə resepşn və dekorativ oniks daş şüşə ilə divar üzləmə işləri olunmuşdur. Bu ofisdə ofis qapı işləri də glasstech tərəfindən həyata keçirilmişdir. Boyalı rəngli temperli şüşələr də istifadə edilərək səs keçirməyən akustik şüşələr ilə iki ofis arası bölünmüşd&
Bakı, 2022 - Apr 01,2022

Babək Plaza - GFT Company ofis və Smart Glass arakəsmə

Babək plazada yerləşən bu layihədə glasstech şirkətimizin kompleks həlləri təklif edilmiş və həyata keçirilmişdir. Baş direktor otağı şüşə arakəsmələri Smartglass (ağıllı şüşə) istifadə olunaraq direktorun eyni zamanda həm əməkdaşlarla iç içə mühitdə işləməsəinə imkan yaradır eyni zamanda toplantı vəya xüsusi iş görüşləri zamanı bir düyməylə şüşələri mat hala gətirirərək fikrin yayınmağının qarşısı alınmaqdadır. Bu həmçinin məxvilik konseptinə də uyğun bir həll yolu kimi də istifadə olunur. Müdir yardımcısı otağında isə digər otaqla arakəsmə konsturksiyada boyalı səs keçirməz şüşələr istifadə olunmuşdur. Divarda isə dinlənmə guşəsi olaraq glasstech-in əvəz olunmaz oniks şüşəsi istehsal olunaraq quraşdırılmışdır. Ofis arakəsmə konstruksiyası olaraq eyni zamanda yüksək səs keçirməzlik xüusiyyətinə də malik bu şüşələr artıq ofis şüşə işlərində yayğın şəkildə istifadə olunur. Digər tərəfdən də girişin qarşısında olan Reception masa, tamamilə radiuslu temperli şüşələrdən yığılmış və yerində quraşdırılmışdır. Bu konstruksiya ilə də glasstech yenə bir ilkə imza ataraq öz mövqeyini qorumuşdur. Layihədə həmçinin ofis şüşə qapılar da quraşdırılmışdır. Bu qapılar qara, mat, beyaz və şeffaf rəngli olaraq yerində tədbiq edilmişdir. Şüşələri isə həm temperli olub 5 qat daha möhkəmdir eyni zamanda da lamine şüşə (tripleks, iki qat şüşə) olmağı onun təhlükəsiz olmağının da təminatçısıdır. Layihədə aşağıdaki işlər həyata keçirilmişdir: 

- Müdir otağı smartglass (ağıllı şüşə), səs keçirməz və temperli ofis arakəsmə

- Müdir yardımcısı otağı şüşə arakəsmə, həm səskeçirməz, həm temperli həm də dekorativ rəngli şüşələr 

- Şüşə reception masa - radiuslu bükmə şüşə, rəngli və ekstra clear şüşə 

- Ofis qapıları - Qara (blackout şüşə), Mat ofis qapı şüşəsi, Şeffaf ofis qapısı 

Gallereya