AZ
RU EN
Elmlər Akademiyası metro çıxışı şüşəli keçid - Glasstech
Bakı, Elmlər Akademiyası - Dec 01,2016

Elmlər Akademiyası Metro Stansiyası - Şüşə konstruksiya

"Elmlər Akademiyası Metrostansiyası" yeni çıxışı olan - Kitabxanaya çıxış - altkeçidində quraşdırılan bu şüşələr Azərbaycan şüşə sektorunda yerli firmalar tərəfindən emal olunaraq quraşdırılan ən mürəkkəb şüşə konstruksiya kimi bilinir. Yüksək həssaslıq tələb edən layihə Glasstech kollektivi tərəfindən qüsursuz və zamanında istehsal olunaraq sifarişçimiz olan Unico firmasına təhvil verilmişdir. Layihidə tədbiq olunan metod və istifadə olunan materiallar aşağıda sıralanıb: 

  • Tədbiq olunan metod

Konstruksiya görünüşdən də məlum olduğu kimi iki yönə əyimli bir formada dizayn edilib. Bu o anlama gəlir ki hər bir şüşənin də əymə oxu fərqli yönlərdədir. Bu oxlar riyazi hesablamalarla çıxarılaraq radiusları müəyyən olundu və avadanlıqlara da o komanda daxil edildi. 

  • İstifadə olunan rəngli lamine şüşə panellər 

Hər bir şüşə paneli 2 şüşədən ibarətdir və hər birində spayder tutuculara birləşməsi üçün şüşə üzərində dəliklər açılmışdır. Hər bir şüşə xüsusi temper aparatında bükülərək temperlənmiş və daha sonra yüksək temperaturda aralarına plyonka qoyularaq tripleks (lamine) şüşə halına gətirilmişdir. Yüksək zərbələrə və külək yükünə davamlı bu şüşələr uzun istismar ömrünə malikdirlər. 

Gallereya