Hazırki şüşəli bankomat köşkü Glasstech tərəfindən Express Banka öz təşəbbüsü ilə təklif edilərək dizaynı tərtib edilmiş və yüksək həssaslıqla istehsal olunub yerində quraşdırılmışdır. Emalat zamanı konstruksiyanın yüksək külək yüklərinə və digər mexaniki zərbə və yüklərə qarşı dayanıqlı olması düşünülüb lazımı mühəndislik hesabları aparılmışdır.
Sifarişçi: Express Bank
Sifarişin təhvil zamanı: Avqust 2019-cu il
Quraşdırıldığı yer: Bakı şəhəri, Nizami küçəsi
Layihənin istehsalı və quraşdırılması zamanı aşağıdaki kriteriyalara diqqət edilmiş və şüşə materiallar istifadə olunmuşdur.
Daşıyıcı konstruksiya olaraq köşkün içərsində və görünməyəcək şəkildə qalma şərti izlənmiş və qara metaldan istifadə olunmuşdur.
Köşkün həm iç divarları həm də çölə baxan divarları rəngli print şüşə seriyasına ait olan tripleks (lamine şüşə) şüşələrdən hazırlanmışdır. Şüşələr lamine olunmadan öncə temperlənərək temperli şüşə halına gətirilmiş və yerində quraşdırılmışdır. Şüşənin lamine şüşə (yəni iki şüşə arasında xüsusi plyonka qoyularaq pişirilməsi nəticəsində əldə edilən şüşə) olmağı onun həm qalınlaşmasına səbəb olur həm də çatlama vəya qırılma zamanı avtomobil ön şüşəsi kimi tökülməyərək yerində qalması xüsusiyyəti daşıyır. Bu da ətrafdakilərə yüksək təhlükəsizlik güvəni verir. Temperli şüşə olmağının məqsədi isə kənar təsirlərə qarşı adi şüşəyə nəzərən 5 qat daha müqavimətli olmağıdır.
Köşkün ön hissəsində həm estetik baxımından görkəmini itirməmək üçün həm də üst hissənin əyilməyə qarşı müqavimətli olmağı üçün 3 şüşənin bir araya gələrək bişirilməsi nəticəsində əldə olunan şüşə sütunlar istifadə olunmuşdur. Şüşə sütunlar eyni zamanda 10 mm qalınlığında 3 ədəd bir birinə yapışmış temperli şüşədən istehsal olunduğu üçün yüksək daşıma qüvvəsinə malikdir. Şüşələrin kənarları isə xüsusi avadanlıqlar vasitəsilə cilalandığı üçün (polirovka) parlaqlığı və billurluğu interyer dizaynına xüsusi diqqət cəlb edir.
Köşkün girişinə fotoelement ilə açılıb bağlanma signalı ilə işləyən şəffaf tripleks şüşə quraşdırılmışdır.
Qeyd etməliyik ki köşkdə istifadə olunan həm şəffaf şüşələr həm də dekorativ print rəngli şüşələr temperli və tripleks texnologiyası ilə istehsal olunaraq konstruksiyaya əlavə yüksək müqavimət verir.