Şəkildə göstərdiyimiz bu layihə, Bakının Şıxov ərazisində yerləşən Homebridge Hotel-ə aitdir. İstehsal etdiyimiz şəffaf lamine tripleks şüşələr Hotelin dənizə baxan eyvanlarında şüşə məhəccər konstruksiyası olaraq quraşdırılıb. Hotel Xəzər dənizinə çox yaxın məsafədə yerləşdiyi üçün xüsusi məqamlar diqqətə alınaraq yanaşılan bu layihə haqqında detallar aşağıda sıralanıb:
Yuxarıda qeyd etdiyimiz kimi, obyekt Xəzər dənizinə olduqca yaxın məsafədə yerləşdiyi üçün yüksək rütubət amili diqqətə alınmalıydı. Sıradan şəffaf lamine şüşələrin plyonkaları çox halda rütubətə davam gətirə bilmədiyi üçün Delaminasiya deyə adlandırılan reaksiyaya məruz qalaraq şüşələrin bir birindən aralanmasına səbəb olur. Bu səbəblə tripleks şüşənin temperlənmiş hər iki üzü xüsusi və 2 qat adqeziya xüsusiyyətinə malik olan plyonka vasitəsi ilə pişirilərək bir birinə yapışdırılmışdır. Bu plyonka növü həm yüksək yapışma qabiliyyətinə malikdir həm də rütubətli hava şərtlərinə qarşı dayanıqlıdır.
Sifarişçi: Homebridge Hotel
İş həcmi: 800 m2
İşin təhvil verilmə müddəti: 30 gün