AZ
RU EN
şəffaf məhəccər və balkon şüşələri
Şıxov, Bakı - May 01,2016

Homebridge Hotel - Şüşə Məhəccər

Şəkildə göstərdiyimiz bu layihə, Bakının Şıxov ərazisində yerləşən Homebridge Hotel-ə aitdir. İstehsal etdiyimiz şəffaf lamine tripleks şüşələr Hotelin dənizə baxan eyvanlarında şüşə məhəccər konstruksiyası olaraq quraşdırılıb. Hotel Xəzər dənizinə çox yaxın məsafədə yerləşdiyi üçün xüsusi məqamlar diqqətə alınaraq yanaşılan bu layihə haqqında detallar aşağıda sıralanıb: 

  • Şüşə məhəccər sistemində İstifadə olunan şüşə ilə bağlı məlumat  

Yuxarıda qeyd etdiyimiz kimi, obyekt Xəzər dənizinə olduqca yaxın məsafədə yerləşdiyi üçün yüksək rütubət amili diqqətə alınmalıydı. Sıradan şəffaf lamine şüşələrin plyonkaları çox halda rütubətə davam gətirə bilmədiyi üçün Delaminasiya deyə adlandırılan reaksiyaya məruz qalaraq şüşələrin bir birindən aralanmasına səbəb olur. Bu səbəblə tripleks şüşənin  temperlənmiş hər iki üzü xüsusi və 2 qat adqeziya xüsusiyyətinə malik olan plyonka vasitəsi ilə pişirilərək bir birinə yapışdırılmışdır. Bu plyonka növü həm yüksək yapışma qabiliyyətinə malikdir həm də rütubətli hava şərtlərinə qarşı dayanıqlıdır. 

  • Layihə ilə bağlı məlumat 

Sifarişçi: Homebridge Hotel 

İş həcmi: 800 m2 

İşin təhvil verilmə müddəti: 30 gün 

 

Gallereya