AZ
RU EN
Bakı, Ağ Şəhər - Aug 01,2019

Hüner Group Baş ofis - Şüşə ofis arakəsmə

Şəkildə göstərilən layihənin sifarişi Hüner Group inşaat şirkəti tərəfindən Glasstech-ə əmanət edilmişdir. Layihədə məkan işərisində olan ofislərin şüşələnməsi məqsədi qoyulmuş və uğurla istehsal olunaraq yerində quraşdırılma işləri aparılaraq təhvil verilmişdir. Layihə ilə bağlı əsas məqamlar aşağıda sıralanmışdır: 

  • Şüşə növü 

Hündürlükləri 2600 mm olan hər bir şüşə panellər 10 mm qalınlqda temperli və rodajlı (kənarları cilalanmış) şüşələrdən ibarətdir.

  • Aluminium şüşə arakəsmə profil sistemi 

İstifadə olunan alt və üst xüsusi aluminium profil ara kəsmələrdə istifadəsi nəzərdə tutularaq istehsal olunan profil olmaqla yanaşı incə dizaynı ilə də xüsusi zəriflik görkəmi qatır.

  • Şüşə qapılar və paslanmaz şüşə aksesuarları 

Şüşə qapılar şüşələri də şüşə arakəsmələrdə olduğu kimi 10 mm qalınlıqda temperli şüşədən istehsal olunaraq, paslanmayan metaldan olan şüşə tutucu aksesuarlarla bir birinə bərkidilmişdir. Şüşə qapıların temperli olmağı onu təhlükəsiz edir və zərbələrə qarşı adi şüşəyə nəzərən 5 qat daha çox qoruyur. 

Gallereya