Şəkildə göstərilən layihə Cafecity restoranlar şəbəkəsinə aitdir. İnteryer dizayn həllinin əsas məqsədi məkanı dekorativ şüşə ara kəsmə ilə ayırmaqdan ibarət idi. Glasstech olaraq bu arakəsməyə metal konstruksiya hazırlayaraq, istehsal etdiyimiz Bal mərmər (oniks) şüşənin quraşdırmasını həyata keçirdik. Hər iki tərəfdən yerləşdirilən şüşə panellərin işıqlanması üçün karkas içərisinə led işıqlar yerləşdirildi. Texniki detallar aşağıda təqdim edilir:
Şüşə qalınlığı-13 mm. Dekorativ şüşə panellerəin hər biri iki ədəd 6mm qalınlığında temperli şüşədən ibarətdir. Bu şüşələr aralarına xüsusi plyonka yerləşdirilərək yüksək temperaturlu sobalarda pişirilərək vakumlanır və tək bir panel halına gəlir. Şüşənin həm temperli həm də tripleks olmağı onun bu kimi məkanların əsas elementinə çevirir.
Hər iki üzdə quraşdırılan şüşələri bir birindən ayırmaq üçün metal profillərdən ibarət bir karkas yığılmış və ara məsafə içərisinə tənzimlənə bilən led işıqlar yerləşdirilmişdir.