Tanınmış brend MADO restoranlar şəbəkəsi, Malakan bağı yaxınlığındaki restoran şüşə işləri layihəsini Glasstech-ə həvalə etdi. Glasstech çox qısa zamanda bu işin də üstəsindən gəldi. Layihədə istifadə olunan material və mərhələrlə aşağıda tanış ola bilərsiniz:
Qış baxçasının mövcud perqola tent sisteminə əlavə olaraq aluminium profillərdən konstruksiya quraşdırılaraq üzərinə sürgülü cam balkon sistemi quraşdırılmışdır. Şüşələr qalınlıqları 8 mm şəffaf temperli şüşə panellərindən ibarətdir.
Qış baxçası ilə iç məkanın arakəsməsi izosistem olaraq adlandırılan Aluminium profillərdən yığılmışdır. Sistemin açılma bağlanma mexanizması Akordeon tipli olması onun sürgülü ara bölme kateqoriyasına daxil olmasını təmin edir və açıldığı zaman olduqca az yer qaplamaqdadır. Bu da restoran interyer dizayn həllərində çox ciddi üzərində durulan və üstünlük verilən bir məqamdır.
Qış baxçasının fasad tərəfdən perimetri boyunca alt hissəsi fiberglass olaraq adlandırılan material ilə üzlənmişdir. Özəl qəliblər sifarişlərlə istehsal olunan bu element eksteryer dizayn baxımından obyektə xüsusi gözəllik qatır və materialın yağış, qar, isti və külək kimi kənar təsirli amillərə qarşı davamlılığı baxımından da olduqca üstün xüsusiyyət əlavə edir.