Növbəti məhsulumuz mebel kateqoriyasına aitdir. Bir dəyərli sifarişçimiz tərəfindən verilən bu sifariş Glasstech üçün olduqca dərin bir dəyər və məna daşıyır. Çünki bu məhsulumuzla ilk dəfə bir qonaq otağı mebeli istehsalına girmiş olduq. Belə ki, qarşımıda qonaq otağının ana yemək masası və jurnal masasının təbii ağac, tək parça şüşə paneli və xrom metal istifadə olunaraq yığılması vəzifəsi qoyuldu. Və bunun da öhtəsindən hər zaman olduğu kimi Glasstech uğurla gəldi. Layihədə istifadə olunan material və yöntəmlər aşağıda sıralanmışdır.
Ayaqların hazırlanması üçün yüksək keyfiyyət sinfinə ait olan paslanmaz profil istifadə olunmuşdur.
Masanın əsas hissəsi olan masa tablası təbii ağaç şalbanlarından uzun lövhələr kəsilərək onların səthini xüsusi yöntəmlə köhnəldib - köhnəldilmiş taxta - efekti alınmışdır.
Masa üzəri şüşə - 10 mm temperli şəffaf şüşə istifadə olunaraq yığılmışdır.