Həyata keçirdiyimiz bu layihə 2019-cu ilin Sentyabr ayında gimnastika üzrə keçiriləcək dünya çempionatı ərəfəsində quraşdırılaraq Glasstech tərəfindən təhvil verilmişdir. Layihə aşağıdaki modullardan ibarət olub mərhələli olaraq həyata keçiirlmişdir
Obyektin əsas daşıyıcı hissəsi olan metal konstruksiya obyektdə yığılaraq karkas halına gətirildi və üzləməyə hazır vəziyətdə quraşdırıldı
Qış baxçasının fasad hissəsi hərəkətli cam balkon sistemi ilə yığılıb ilin isti aylarında rahatça açılan bilən soyuq aylarında isə bağlana bilən mexanizmaya malikdir. İstifadə olunan temperli şüşələr 10 mm olub yüksək mexaniki təsirlərə tab gətirə bilən şüşən növlərindəndir
Obyektin arxa və ön tərəfində giriş və çıxışlarda qoşa açılan qapılar istehsal olunaraq quraşdırılmışdır. Qapılar Aluminium çərçivəli İzosistem seriya olaraq adlandırılan Aluminium profildən yığılmışdır.
Konstruksiyanın üst alınlıq hissəsi xüsusi Ağ və Qara seriyası olan Süd rəngli lamine tripleks şeşədən yığılmışdır. Axşam vaxtı işıqlanması üçün isə şüşələrin arxasında xüsusi laytboks quraşdırılaraq elektrik avadanlıqları yerləşdirimişdir.
Fasadın bütün perimetri boyu alt hissədə xüsusi qəliblərdə hazırlanmış fiber glass materialdan istifadə edilərərk üzləmə işi aparılmışdır. Fiberglass materialının ən üstün xüsusiyyəti yüksək zərbələrə və müxtəlif sərt və yumuşaq iqlimlərə davamlı olmağıdır. İstənilən rəngdə istifadə olunaraq çeşitli konstruksiyalarda müxtəlif formalarda istifadə oluna bilməyi böyük üstünlük təşkil edir.
Layihəni bizə etimad edib həvalə edən sifarişçimiz Milli Gimnastika Arenası rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.