AZ
RU EN
ofis arakesme ve şüşə bölmə sistemi olan bu layihə, Akkiraz Studio tərəfindən dizayn edilmiş, Hüner Group tərəfindən icra edilərək, şüşə işləri Glasstech şirkətinə həvalə edilmişdir.
Bakı, 2019 - Dec 30,2020

Paşa Siğorta Baş ofis - Şüşə arakəsmə

Növbəti layihələrimizdən olan Paşa Siğorta şirkətinin loft stildə dizayn olunmuş ofis şüşə ara bölmə işidir. Layihənin əsas icraçısı rolunu Hüner Grup şirkəti öz üzərinə götürmüşdür. Layihənin memarlıq və ideya tərəfi isə - Emre Akkiraza ait olub Akkiraz Dizayn Studio tərəfindən həyata keçirilmişdir.  Layihədə aşağıdakı material və texnologiyalar istifadə olunmuşdur: 

  • Ofis ara bölmə şüşə növü

Şüşə növü şəffaf olub qalınlığı 10 mm-lik şüşələr istifadə olunmuşdur. Möhkəmliyi baxımından  sağlam və dayanıqlı olmağı üçün hər bir şüşə əlavə olaraq temperlənmiş və quraşdırılmağa hazır vəziyyətə gətirilmişdir. 

  • Ofis arakəsmə profil sistemi və aluminium profillər 

Loft dizayn üslubu düşünüldüyü üçün profillər toz boya ilə qara rəngə boyanmış və quraşdırılmışdır. Məkana şəffaflıq efektini vermək üçün profillər zərif görüntülü xüsusi ofis bölmə seriyasından hazırlanmışdır.  

  • Divar yazı lövhələri 

Hər bir ofisə müasirlik, praktiklik və funksionallıq qatmaq üçün memarın tələbi üzrə qara rəngli temperli xüsusi lamine şüşələr istehsal olunaraq divarlara quraşdırılmışdır.  Şüşələr üzərində rahatlıqla qeydlər aparmaq və daha sonra asanlıqla onları silmək mümkündür. 

  • Şüşə qapı 

Xüsusi kilit sisteminə sahib olan bu qapılar aluminium profildən hazırlanaraq arakəsmələrə əlavə olunmuşdur.  Qapı kilitləri içəridən çevirməli düymə ilə, çöldən isə açarla kilitlənə bilməkdədir. 

  • Lift kənarı şüşələr 

Mərtəbədəki lift girişlərinin kənarları xüsusi qara tripleks lamine şüşə ilə işlənmişdir. Lift şüşə kombinasiyası obyektin əsas girişi olan məkana əlavə həcm və görkəm qatır. 

Gallereya