Şəkildə təqdim olunan layihə sifarişçimizin mənzilində Oniks daşını əvəz edən Qara Oniks şüşə istifadə olunaraq həyata keçirilib. Temperli şüşə olmağı şüşə panelini zərbələrə qarşı 5 qat daha yaxşı qoruyur. Daha sonra şüşənin istehsalatımızda bir də tripleks hala gətirilməsi məhsulu daha da təhlükəsiz edir və qırıldığı zaman şüşə qırıntıları panelin üzərində qalır.
Layihəni yerinə yetirmək üçün aşağıdaki mərhələlərdən keçilərək müxtəlif materiallardan istifadə edilmişdir
Şüşə panelinin hündürlüyü 3.2 metrə eni isə 1.3 m təşkil edir. 2 ədəd temperli şüşənin arasına oniks teksturası yerləşdirilərək yüksək istilik dərəcəsində xüsusi sobada pişirilərək əldə edilib. Oniks şüşə panelinin qalınlığı 13mm olaraq hesablanır.
Şüşənin divardan 10 - 12 cm aralı durmağı üçün istehsalatımızda metal karkas hazırlanaraq divara anker boltlarla bərkidilib. Oniks şüşə panel metal karkasa xüsusi boltlarla bərkidlib.
Şüşənin təbii oniks daşı kimi işıqlanması üçün metal karkas içərisinə LED işıqlar düzülərək karkası laytboks kimi istifadə imkanı yaradılıb. Qara Oniks daşının təbii ağ rəngli daş damarlarından işıq keçərək təbii daş efekti verilib.
Son illərin dəbdə olan İnteryer dizayn həllərindən biri olan Şüşə Divar Ponosu artıq sadəcə təbii daşlardan yox eyni zamanda Şüşə Oniks və Mərmər teksturalı şüşə məhsullarından da əldə edilə bilir.