AZ
RU EN
Qış baxçası şüşə və metal konstruksiya - Glasstech
Baku - Jan 01,2015

Şüvəlan Şüşəli Qış Baxçası

Layihə şirkətimiz tərəfindən 2014-cü ildə hazırlanaraq təhvil verilmişdir. Layihə tapşırığı bir bağ evində mövcud tikiliyə qarşısındaki 8x6 m = 48 m2 sahəsi olan azidə şüşə və metal konstruksiya kombinasiyası quraşdırılaraq birləşməsi idi. Qış baxçasının həm üstü həm də yan fasadları şüşə ilə örtülərək layihə təhvil verilmişdir. Layihədə istifadə olunan metod və materiallar aşağıda sıralanmışdır: 

  • Daşıyıcı konstruksiya və metal karkas 

Sütunlar Metal profill dirəklərdən hazırlanaraq zəmində mövcud olan dəmir beton döşəməyə anker boltlarla bərkidilib. Dam hissəsi qalın divarlı metal profillərlə toxunmuşdur. 

  • Şüşə dam örtük  

Qış baxçası damı xüsusi Aluminium tutucu profillər əlavə olunaraq üzərinə rəngli temperli şüşə paketi blokları yerləşdirilmişdir. Beləliklə qışda soyuğu yayda isə istinin hərəkətinin qarşısını alaraq izolasiya vəzifəsi görür. Şüşələrin alt hissəsi isə şüşə tavan standartlarına uyğun olaraq temperli tripleks şüşədən hazırlnaraq quraşdırılmışdır. Bu hərhansı ehtimal qırılma nəticəsində şüşələrin tökülməyinin qarşısını alan bir standartdır. 

  • Dam üstü avtomatik tent sistemi  (günəşlik) 

Dam üzərində xüsusi relslər yerləşdirilərək avtomatik tent mexanizması quraşdırılmışdır. Günəşlik vəzifəsi görən bu tent gündüz vaxtı qünəş şüalarının içəriyə girməsinin qarşısını almaq vəya qismən tənzimləmək üçün nəzərdə tutulub. Tentin irəli geri hərəkəti məkan içərisindən pult ilə idarə olunur. 

  • Şüşəli yan fasad 

Qış baxçası konstruksiyasının yan fasadları çox maraqlı bir məhsulun istifadəsi ilə yığılıb. Belə ki ümumi qalınlığı 30 mm olan şüşə paketləri içərisindəki 14 millimetrəlik hava boşluğuna xüsusi jaluzi mexanizm yerləşdirilərək yığılan şüşə paketlərindən istifadə olunmuşdur. Hər bir şüşə paket daxili məkandan avtonom olaraq idarə edilə bilir görüş bucağına uyğun olaraq istənilən hündürlükdə saxlanıla bilir. Buna əlavə olaraq tam açıla bilir, yaxud da ki, öz oxu etrafında döndürülərək açılıb bağlana bilir. Bu şüşə içi jaluzi paketlər Glasstech istehsalatında istehsal olunaraq yığılır. 

  • Giriş Aluminium qapılar

Qış baxçasının 2 girişi mövcuddur. Qış baxçası konstruskiyası tərəfdən quraşdırılan qapılar eyni, fasadda olduğu kimi, Şüşə içi jalzuzi paketindən yığılmışdır. Kənar çərçivələr isə Aluminium İzosistem tipli qapı profillərdən istehsal olunaraq quraşdırılmışdır. 

 

Gallereya