Təhvil verdiyimiz Stomatiloji klinika layihəmizdə Şüşə və Aluminium arakəsmə sistemlər, Şüşə qapılar və Sütunların Dekorativ Süd bəyaz şüşə (Milkywhite) işləri həyata keçirildi. Obyekt klinika statusu daşıdığı üçün Süd bəyaz şüşələrin istifadəsi məqsədə uyğunluğu ilə də önə çıxmışdır. Layihə ilə bağlı detallar aşağıda sıralanmışdır.
Şüşə arakəsmə işində xüsusi arabölmə alluminium profildən istifadə olunmuşdur. Şüşələr 10 mm şəffaf temperli panellərdən ibarət olub tək lay halında döşəmədən tavana qədər uzanmaqdadır. Şüşə panellər araralında isə şəffaf plastik elementlə birləşərək otağa həcm qazandırır və əlavə estetik görünüş bəxş edir. İnteryer dizayn həllinin əsas elementlərindən olan şəffaf temperli şüşələr son zamanda geniş istifadə sahələri yaradır.
Bu qaılar xüsusi aluminium profildən hazırlanaraq aluminium arakəsmə profili ilə eyni sistemdə rahat işləyə bilmə baxımından rahatlıq yaradır. Şüşə arakəsmə panellərindən fərqli olaraq qapı içərisində istifadə olunan şəffaf şüşə panellər iki qat temperli şəffaf şüşədən ibarətdir. Bunun istifadəsinin məqsədi, hərəkətli element olan otaq arası qapiların zərbələrə daha çox məruz qaldığı üçün onların daha da təhlükəsiz etməkdir. Bunun üçün 4+4 temperli şəffaf lamine (tripleks) şüşə istifadə olunmuşdur.
Klinika konseptinə və interyer dizayn həllinə uyğun olaraq burada sütunlar Glasstech istehsalı olan Süd Bəyaz şüşələrlə üzlənmişdir. Şüşələrin həm temperli həm də tripleks olmağı onları ehtimal zərbələrdən qorumaqdadır.