AZ
RU EN
ADA Universiteti pilləkan şüşə məhəccər sistemi şəffaf temperli lamine shusheden istehsal olunaraq quraşdırılmışdır
ADA Universteti, 2019 - Mar 01,2019

ADA Universiteti - Radiuslu pilləkan şüşə məhəccər

ADA Universitetinde növbəti layihələrdən birini də Glasstech komandası olaraq başa çatdırdıq. Forması burulmuş pilləkan olan bu layihədə sifarişçimiz tərəfindən qarşımıza qoyulan vəzifə, dəmir-beton pilləkan konstruksiyasında şüşə məhəccər üçün nəzərdə tutulmuş beton içərisindəki 10mm genişliyindəki kanala şüşə məhəccər panellərini yerləşdirib onlara paslanmaz metal olan tutucuları quraşdırmaqdan ibarət idi. Yeril istehsalçı firma olaraq bu formalı burulmuş formada olan pilləkanlara tripleks və temperli şüşələrin istehsalını edərək quraşdırmasını həyata keçən yeganə firma olmanın qürurunu yaşayırıq. Layihədə istifadə olunan materialların texniki xarakteristikaları ilə aşağıda tanış ola bilərsiniz: 

  • Pilləkan məhəccər şüşə panelləri  

Ümumi Qalınlığı 17mm olan pilləkan şüşə panelləri. Hər bir panel 2 ədəd 8mm qalınlıqda temperli və eyni zamanda burulmuş şüşələrdən ibarətdir. Şüşələr bir birinə xüsusi tripleks plyonkası ilə yüksək temperaturlu sobalarda vakumlanaraq yapışdırılb tək panel halına gətirilməktədir. 

  • Paslanmaz metal məhəccər aksesuarlar 

Şüşə forması ilə eyni radiusda bükülən paslanmaz metal borular 304 markalı paslanmaz metaldan istehsal olunaraq quraşdırma işləri aparılmışdır. 

Gallereya