Qeyri adi dizaynları ilə məşhur LalaAkkiraz studio memarlıq şirkətinə ait olan bu layihə də öz mürəkkəbliyi ilə yadda qalan bir iş oldu. Layihənin müəllifi hamam otaqlarında təbii bitkiləri andıran bir dizaynı şüşə içərisində tapşırığı qoymaqla Glasstech növbəti dəfə bir kreativ yanaşmasıyla bir ilkə imza atdı. Bir neçə qatmandan ibarət olan bu şüşələr zərbələrə davamlı olmaqla yanaşı eyni zamandə lamine (tripleks) şüşədirlər. Bununla yanaşı bu şüşələrə divarla məsafə verilərək arxadan işıqlandırma ilə möhtəşəm bir görüntü əldə edilmişdir. Projedə istifadə olunan materiallar və texnologiya ilə aşağıda tanış ola bilərsiniz: