Zenon memarlıq ilə birgə həyata keçirilən bu layihə el firmanın öz çalışma ofisində tədbiq edilmişdir. İnteryer dizayn və ofis təmiri zamanı planlaşdırılan şüşə ofis arakəsmələri və şüşə məhəccər sistemlərinin istehsal olunaraq quraşdırılması uğurla və yüksək dəqiqliklə həyata keçirilmişdir. Layihə ilə bağlı detallar aşağıda təqdim olunmuşdur
Şüşə Məhəccər
Pilləkan məhəccərinin şüşələri bu layihədə dekorativ şüşə içi parça seriyadan seçilmişdir. İki ədəd 8 mm qalınlıqda temperli şüşələrdən ibarət tripleks şüşə arasına dekorativ parça yerləşdirilərək pişirilmiş və şüşə tutucu bağlantıları üçün nəzərdə tutulan deliklər hazırlanaraq pilləkan şüşələri istehsal olunaraq yerində pilləkana quraşdırılmışdır.
Ofis otaq qapısı və şüşə arakəsmə
Otaq qapıları və şüşə arakəsmə sistemlər aluminium seriyalı ofis bölmə profillərindən yığılmışdır. Şüşələr məhəccərlərdə olduğu kimi tripleks şüşə olub aralarında dekorativ parça istifadə olunmuşdur.