Naxçıvan restoranı layihəsində Glasstech dekorativ oniks şüşələr istifadə olunmuşdur. Memarlar tərəfindən irəli sürülən bu məhsul həm Glasstech istehsalı həm də quraşdırma işləri aparılaraq uğurla təhvil verilmişdir. Son zamanlar Restoran interyer dizaynlarında məhsullarımızın sıxlıqla istifadə olunması bu layihədə də öz əksini taparaq interyerə özünəməxsus görkəm qatmışdır. Temperli və lamine şüşə olmaqla yanaşı bu şüşələr həm zərbəyə dayanıqlıdır, həm səs keçirməzlik özəlliklərinə malik və eyni zamanda işıqlandırmağa da yatqın şüşələrdir.......
2022 ci ildə təhvil verdiyimiz bu layihənin müəllifi Lala Akkiraz dizayn studiasidir. Bu layihədə də bütün digər işlərdə olduğu kimi şirkətimiz qarşısına asan olmayan bir məsələ qoyulmuşdur - hər bir məhəccər şüşəsi fraqment kimi davam edəcək və bəzi yerlərdə .......
Öz dizaynı ilə seçilən bu mətbəx Bakının Şıxov rayonunda bir villanın mətbəxində glasstech şirkətimiz tərəfindən istehsal olunaraq yerində quraşdırılmışdır. Şüşələr digər dekorativ şüşələrdən fərqli olaraq temperli xüsusiyyətə malikdir və eyni zamanda lamine edilmişdir.
Şəkildə təqdim olunan şüşə və metal konstruksiya pilləkan qəfəsinin çıxışının ətrafdan izolasiya olmağı məqsədi ilə tərtib olunmuşdur. Bu şüşə konstruksiya həm funksionallığı baxımından həm də interyerin dizaynına verdiyi möhtəşəm görüntü görüntü baxımından digər layihələrimizdən seçilməkdədir. Bu kimi konstruksiyalar adətən alt mərtəbənin üst mərtəbədən tamamilə izolasiya olmağı məqsədi ilə tərtib olunur ki, yaranan tüstü üst mərtəbəyə təmas etmədən soğurulub damdan çıxa bilsin. Layihə detalları aşağıda təqdim olunur:
Qeyri adi dizaynları ilə məşhur LalaAkkiraz studio memarlıq şirkətinə ait olan bu layihə də öz mürəkkəbliyi ilə yadda qalan bir iş oldu. Layihənin müəllifi hamam otaqlarında təbii bitkiləri andıran bir dizaynı şüşə içərisində tapşırığı qoymaqla Glasstech növbəti dəfə bir kreativ yanaşmasıyla bir ilkə imza atdı. ............
Təqdim olunan bu layihə Türkiyənin tanınmış nəhəng memarlıq şirkətlərindən olan SP Architects firmasının (Sabri Paşayiğit Memarlıq) Bakı şəhərindəki ofisinə aitdir. Bu layihədə ofis şüşə arakəsmə işləri, divarların tamamilə boyalı temperli glasstech istehsalı olan şüşələrlə üzlənməsi, şüşə qapılar,
NEQSOL Holding baş ofisində yerləşən giriş divarının və Reception masasının tamamilə kalakat mərmər teksturalı temperli şüşədən üzlənməsi Glasstech şirkətimiz tərəfindən həyata keçirilmişdir. Şüşələr extraclear olaraq adlanan və eyni zamandə lamine tripleks olunaraq istehsalatda hazırlanmış və yerində qısa zamanda quraşdırma işləri aparılmışdır..........
Paşa Sığorta ofis arabölmə layihəsində, bu dəfə bükmə (əyri şüşələr) tədbiq edilmişdir. Layihənin ən çətin həlli olan hissəsi olan radiuslu bükülmüş şüşələr və qapı girişi yanı qara boyalı şüşələrdən panel və sütunlar təklif edilmişdir.
Glasstech şirkəti olaraq yenə bir ilkə imza ataraq Seabreeze Lighthouse-da yerləşən bir mənzildə yeni ideyanı həyata keçirdik. İki şüşə arasında dekorativ araüz yerləşdirərək smart plyonka ilə kompozit halın gətirildi və iki şüşə arasında yüksək temperaturda bişirilərək dekorativ smartglass halına gətirildi.
Növbəti layihələrimizdən olan Paşa Siğorta şirkətinin loft stildə dizayn olunmuş ofis şüşə ara bölmə işidir. Layihənin əsas icraçısı rolunu Hüner Grup şirkəti öz üzərinə götürmüşdür. Layihənin memarlıq və ideya tərəfi isə - Emre Akkiraza ait olub Akkiraz Dizayn Studio tərəfindən həyata keçirilmişdir. Layihədə aşağıdakı material və texnologiyalar istifadə olunmuşdur..............
Babək plazada yerləşən bu layihədə glasstech şirkətimizin kompleks həlləri təklif edilmiş və həyata keçirilmişdir. Baş direktor otağı şüşə arakəsmələri Smartglass (ağıllı şüşə) istifadə olunaraq direktorun eyni zamanda həm əməkdaşlarla
ADA Universiteti yeni tedris binasında tərtib olunan yeni kitabxana içərisindəki burulma formasında olan pilləkan metal konstruksiyanın şüşə məhəccər ilə şüşələnmə işlərini Glasstech şirkətimiz növbəti dəfə uğurla həyata keçirdi. Bu layihənin həcminin kiçik görünməsinə baxmayaraq, məhəccər şüşələrinin hər birinin fərqli radiuslarda bükülərək istehsal olunması olduqca mürəkkəb istehsalat texnologiyası tələb edir. Azərbaycan şüşə sektorunda təkrar bir ilki həyata keçirən Glasstech bu işin də üstəsindən uğurla gəldi. Aşağıda layihədə tədbiq olunan material və konstruksiyalar haqqında məlumatlar sıralanmışdır:
ADA Universteti yeni tədris binasının Auditoriyasında quraşdırılan mərtəbə şüşəli məhəccər və pilləkan şüşəli məhəccər konstruksiya layihəsi Glasstech şirkəti tərəfindən şəffaf temperli tripleks şüşələr istehsal olunaraq quraşdırma işləri həyata keçirilmişdir. Balkon şüşələri radiuslu olaraq istehsal olunaraq obyektə təhvil verilmişdir. Lahiyə detalları ilə aşağıda tanış ola bilərsiniz.
Növbəti məhsulumuz mebel kateqoriyasına aitdir. Bir dəyərli sifarişçimiz tərəfindən verilən bu sifariş Glasstech üçün olduqca dərin bir dəyər və məna daşıyır. Çünki bu məhsulumuzla ilk dəfə bir qonaq otağı mebeli istehsalına girmiş olduq. Belə ki, qarşımıda qonaq otağının ana yemək masası və jurnal masasının təbii ağac, tək parça............
Şəkildə təqdim olunan layihəmizdə Glasstech qarşısında interyer dizayn işlərinə uyğun dekorativ oniks teksturalı şüşəni tavana metal konstruksiya ilə bərkidilmə vəzifəsi qoyulmuşdur. Tavan içərsinə laytboks karkas yığılaraq içərisinə quraşdırılan led işıqlar yandığı zaman şüşənin görkəmi təbii daş oniksdən heç də geri qalmayacaq dərəcədə yarış etmiş olur. Layihə detalları aşağıda təqdim olunmuşdur.
Hüner Grup şirkəti tərəfindən şirkətimizə əmanət edilən bu sifarişdə Glasstech qarşısında qoyulan vəzifə, inşa olunan yaşayış kompleksinin əyləncə mərkəzinin idman zalı şüşə arakəsmə işlərinin görülməsi və şüşələrinin quraşdırılması idi.....
ADA Universitetinde təhvil verdiyimiz digər bir layihədə yeni tədris binasında quraşdırılan və təyyinatı tüstüyə qarşı olan şüşə arakəsmə və qapılar təşkil edir. Burada sistem dünyanın öndə gedən brendi olan Schuco firmasından təmin edilmiş və hazırlanaraq obyektdə quraşdırılmışdır. Şüşələr Glasstech şüşə emalı zavodunda istehsal olunaraq obyektə çatdırılmış və quraşdırılmışdır. Layihə detalları ilə bağlı məqamlar aşağıda təqdim olunur:
Tanınmış brend MADO restoranlar şəbəkəsi, Malakan bağı yaxınlığındaki restoran şüşə işləri layihəsini Glasstech-ə həvalə etdi. Glasstech çox qısa zamanda bu işin də üstəsindən gəldi. Layihədə istifadə olunan material və mərhələrlə aşağıda tanış ola bilərsiniz:
ADA Universitetinde növbəti layihələrdən birini də Glasstech komandası olaraq başa çatdırdıq. Forması burulmuş pilləkan olan bu layihədə sifarişçimiz tərəfindən qarşımıza qoyulan vəzifə, dəmir-beton pilləkan konstruksiyasında şüşə məhəccər üçün nəzərdə tutulmuş beton içərisindəki 10mm genişliyindəki kanala şüşə məhəccər panellərini yerləşdirib onlara paslanmaz metal olan tutucuları quraşdırmaqdan ibarət idi.
Zenon memarlıq ilə birgə həyata keçirilən bu layihə el firmanın öz çalışma ofisində tədbiq edilmişdir. İnteryer dizayn və ofis təmiri zamanı planlaşdırılan şüşə ofis arakəsmələri və şüşə məhəccər sistemlərinin istehsal olunaraq quraşdırılması uğurla və yüksək dəqiqliklə həyata keçirilmişdir. Layihə ilə bağlı detallar aşağıda təqdim olunmuşdur
Şəkildə göstərilən layihə Cafecity restoranlar şəbəkəsinə aitdir. İnteryer dizayn həllinin əsas məqsədi məkanı dekorativ şüşə ara kəsmə ilə ayırmaqdan ibarət idi. Glasstech olaraq bu arakəsməyə metal konstruksiya hazırlayaraq, istehsal etdiyimiz Bal mərmər (oniks) şüşənin quraşdırmasını həyata keçirdik. Hər iki tərəfdən yerləşdirilən şüşə panellərin işıqlanması üçün karkas içərisinə led işıqlar yerləşdirildi. Texniki detallar aşağıda təqdim edilir:
Şəkildə göstərilən layihənin tapşırığında Hovuz Kənarı divarların üzlənməsindən ibarət idi. Hovuzun yer aldığı mekanın divarları daim hovuzdan buxarlaşan sudan dolayı ciddi rütubətlə təmas halında olduğu üçün, rütubətə dayanıqlı dekorativ parça seriya şüşələr tədbiq edilmişdir.
ADA Universiteti yeni tədris binasında Glasstech tərəfindən quraşdırılan bu konstruksiyada dekorativ print rəngli şüşə olunmuş, metal karkas və işıqlandırma sistemi hazırlanaraq istifadə edilmişdir. Layihə ilə bağlı texniki məlumat aşağıda sıralanıb:
Təhvil verdiyimiz Stomatiloji klinika layihəmizdə Şüşə və Aluminium arakəsmə sistemlər, Şüşə qapılar və Sütunların Dekorativ Süd bəyaz şüşə (Milkywhite) işləri həyata keçirildi. Obyekt klinika statusu daşıdığı üçün Süd bəyaz şüşələrin istifadəsi məqsədə uyğunluğu ilə də önə çıxmışdır. Layihə ilə bağlı detallar aşağıda sıralanmışdır.
Türk Hava Yolları-nın Bakı şəhərində Dəmirchi Tower binasında yerləşən ana ofisinin şüşə arabölmə və şüşə qapı işlərini Glasstech uğurla həyata keçirmişdir. Layihədə Türk Hava Yollarının brend rəngləri tədbiq olunmuş və interyer dizayn həllinə uyğun olaraq şəfaf şüşə istehsalı və aluminium arakəsmə sistemlərinin quraşdırılması işləri şirkətimiz tərəfindən uğurla həyata keçirilmişdir. Layihə detalları aşağıda təqdim olunmuşdur
ADA Universiteti yeni tədris binasında balkon kənarı şüşə məhəccər layiəhsi də şirkətimiz olan Glasstech tərəfindən həyata keçirlmişdir. Ümumi uzunluğu 450 metrə olan bu məhəccər fərqli bərkidilmə texnologiyası ilə həyata keçirilərək öz seqmentində ölkəmizdə tək şüşə məhəccərdir. Layihə detalları ilə aşağıda tanış ola bilərsiniz:
"Elmlər Akademiyası" metrosunun yeni çıxışı olan - Kitabxanaya çıxış - altkeçidində quraşdırılan bu şüşələr Azərbaycan şüşə sektorunda yerli firmalar tərəfindən emal olunaraq quraşdırılan ən mürəkkəb şüşə konstruksiya kimi bilinir. Yüksək həssaslıq tələb edən layihə Glasstech kollektivi tərəfindən qüsursuz və zamanında istehsal olunaraq sifarişçimiz olan Unico firmasına təhvil verilmişdir. Layihidə tədbiq olunan metod və istifadə olunan materiallar aşağıda sıralanıb:
Glasstech şirkəti olaraq sifarişçimiz olan GATE 25 Restoranının bu layihesinde şüşə məhəccərlərin isteshal olunaraq quraşdırılması işini üstlənmişdir. Bakı şəhərində öz unikal interyer dizayn həlli ilə məşhur olan bu restoranda quraşdırdığımız şüşə məhəccər işləri ilə bağlı texniki detallar aşağıda təqdim olunur.
Şəkildə təqdim olunan layihə sifarişçimizin mənzilində Oniks daşını əvəz edən Qara Oniks şüşə istifadə olunaraq həyata keçirilib. Temperli şüşə olmağı şüşə panelini zərbələrə qarşı 5 qat daha yaxşı qoruyur. Daha sonra şüşənin istehsalatımızda bir də tripleks hala gətirilməsi məhsulu daha da təhlükəsiz edir və qırıldığı zaman şüşə qırıntıları
Ölkəmizdə Asan Xidmət strukturu sürətlə inkişaf edərkən Glasstech olaraq binanın interyerində istifadə olunan sütunların dekorativ şüşələrini və şəffaf məhəccər şüşə məhsullarını istehsal edib layihəni uğurla başa çatdırdıq. Layihədə istifadə olunan materiallar aşağıda sıralanmışdır.
Şəkildə göstərilən layihə, Novxanı ərazisində bir villanın dekorativ abstrakt oniks şüşə ilə fasadın üzləməsi ilə bağlıdır. Bu layihədə Glasstech tərəfindən istehsal olunan və hündürlüyü 3.2 m olan dekorativ temperli tripleks şüşələr istifadə olunmuş və quraşdırılma işləri ilə birgə obyektə təhvil verilmişdir. Layihənin detalları ağaşıda sıralanmışdır:
Həyata keçirdiyimiz bu layihə 2019-cu ilin Sentyabr ayında gimnastika üzrə keçiriləcək dünya çempionatı ərəfəsində quraşdırılaraq Glasstech tərəfindən təhvil verilmişdir. Layihə aşağıdaki modullardan ibarət olub mərhələli olaraq həyata keçiirlmişdir.
Hazırki şüşəli bankomat köşkü Glasstech tərəfindən Express Banka öz təşəbbüsü ilə təklif edilərək dizaynı tərtib edilmiş və yüksək həssaslıqla istehsal olunub yerində quraşdırılmışdır. Emalat zamanı konstruksiyanın yüksək külək yüklərinə və digər mexaniki zərbə və yüklərə qarşı dayanıqlı olması düşünülüb lazımı mühəndislik hesabları aparılmışdır.
Şəkildə göstərilən layihənin sifarişi Hüner Group inşaat şirkəti tərəfindən Glasstech-ə əmanət edilmişdir. Layihədə məkan işərisində olan ofislərin şüşələnməsi məqsədir qoyulmuş və uğurla istehsal olunaraq yerində quraşdırılma işləri aparılaraq təhvil verilmişdir. Layihə ilə bağlı əsas məqamlar aşağıda sıralanmışdır:
Möhtəşəm ofis dizaynına malik olan bu layihədə şirkətimiz Ante Technology firması üçün toplantı otaqları və ofis otaqlarından ibarət bir ofis üçün Səs keçirməyən Aluminium Şüşə Arakəsmə sistemi hazırlayaraq quraşdırma işlərini apararaq təhvil vermişdir. Bu layihədə aşağıda sıralanan etaplar izlnəmiş və materiallardan istifadə olunmuşdur.
Yasamal rayonu ərazisində yerləşən Su anbarı üzərində salınmış parkda iki ədəd hər biri 30 m uzunluqda olan Cafe Restoran kompleksinin metal konstruksiyadan inşaatını və şüşələnmə işlərini Glasstech uğurla başa çatdırdı. Layihənin başlangıcı ilə bitişi arasında olan 40 günlük olduqca qısa olan müddət layihənin ən yadda qalan və maraqlı məqamı kimi. arxivimizə keçmişdir. Layihə ilə bağlı detallar aşağıda təqdim olunur
Şəkildə göstərdiyimiz bu layihə, Bakının Şıxov ərazisində yerləşən Homebridge Hotel-ə aitdir. İstehsal etdiyimiz şəffaf lamine tripleks şüşələr Hotelin dənizə baxan eyvanlarında şüşə məhəccər konstruksiyası olaraq quraşdırılıb. Hotel Xəzər dənizinə çox yaxın məsafədə yerləşdiyi üçün xüsusi məqamlar diqqətə alınaraq yanaşılan bu layihə haqqında detallar aşağıda sıralanıb:
Şəkildə göstərilən Oniks teksturalı dekorativ şüşə tavan, Glasstech-in istehsal edərək dəyərli müştərilərimizdən birinin, mənzilində quraşdırılmışdır. Axşam vaxtı işıqlanarak eyni zamanda laytboks vəzifəsi də görür. Layihəmizinin texniki detalları aşağıda sıralanmışdır:
Şəkildə təqdim olunan konstruksiya şirkətimiz tərəfindən Aztelekom şirkəti üçün hazırlanmış və Sumqayıt şəhərində quraşdırılmışdır. Konstruksiyanın ölçüsü böyük görünməsə də Glasstech üçün bu iş böyük bir əhəmiyyət kəsb edir. Belə ki bu işin ərsəyə gətirilməsi şirktəimizin şüşə mühəndisliyi sahəsində özünü bir daha sübut etməsini göstərir. Daşıyıcı elementlərin hər biri şüşədən istehsal olunan bu kabinin xüsusiyyətləri ilə aşağıda tanış ola bilərsinz:
Layihə şirkətimiz tərəfindən 2014-cü ildə hazırlanaraq təhvil verilmişdir. Layihə tapşırığı bir bağ evində mövcud tikiliyə qarşısındaki 8x6 m = 48 m2 sahəsi olan azidə şüşə və metal konstruksiya kombinasiyası quraşdırılaraq birləşməsi idi. Qış baxçasının həm üstü həm də yan fasadları şüşə ilə örtülərək layihə təhvil verilmişdir. Layihədə istifadə olunan metod və materiallar aşağıda sıralanmışdır: