AZ
RU EN

Ev dizayn işləri və şüşə. Müasir ev və interyer dizayn yanaşmasında şüşənin rolu nədir?

İnteryer dizayn həllərində şüşənin material kimi unikallı və üstünlükləri şərtsiz öz geniş təsdiqini tapdığını hamamız bilirik. Şüşənin əsas və vazkeçilməz üstünlüyü onjn sərhədləri genişləndirməsidir. Bu səbəblə, şəhər mənzil və evlərinin darlığını göz önündə tutduğumuz zaman, şüşənin istifadəsi böyük ölçüdə evin vizual görünüşünü və həcmini artıraraq istifadə sahəsinin qorunmasına imkan yaradır.  

Şüşə universal bir materialdır

Şüşə ad gələndə çox uzun bir zaman yox, 20 il bundan əvvəl hamımız çəkinərək və qorxaraq onu haradasa istifadə etmə düşüncəsini öz fikrimizdən keçirə bilirdik. Lakin artıq bu stereotipləri yeni texnologiya və mühəndislik icadları ortadan uzun zamandır qaldırmağı bacarmış və şüşənin möhkəm və təhlükəsiz bir material kimi istifadə oluna biləcəyini ispat etmişdir. Bu da öz növbəsində şüşəni son illərin ən universal materialı yerini tutmasına imkan yaratmışdır. Belə ki şüşələr uyğun texnologiya ilə emal olunduqda interyerin hətda eksteryerin istənilən elementinde rahatlıqla və təhlükəsiz bir şəkildə istifadə oluna bilər. 

Otaq arası şüşə arakəsmələr.

Xüsusən kiçik evlərdə adi arakəsmələr yerinə dekorativ şüşə arakəsmələr istifadə olunduqda otağa əlavə bir həcm qatmaq olur. Bununla günəş işığının otağa daha çox düşməsi təmin olunuraq ev sakininin əhval ruhiyyəsi artır. Şüşələrin bəzən həddindən artıq şəffaflığı interyerdə akvarium efekti yaratmaması üçün onları dekorativ şüşələrdən də istifadə edərək əvəz etmək məkana xüsusi bir görkəm qata bilər. 

Mətbəx mebeli və şüşə 

Mətbəxin özündə də şüşə olduqca geniş tədbiq edilir. Sadəcə mətbəx mebeli önlükləri (fartuk vəya skinali) olaraq yox mətbəx dolabları qapaqlarının da şüşə ilə üzlənməsi son illərin modern mətbəx üslublarının vaz keçilməz elementidir. Üzlüklər son illərə qədər mətbəxin və otağın dizaynına uyğun rəngli şüşələrlə üzlənirdisə bu ildən etibarən üzləmə materialı olaraq buna bir də şüşə içərisində parça üzlük də əlavə olundu. 

Mətbəx mebelinin ayrılmaz bir hissəsi olan mətbəx fartuku artıq istənilən rəng və teksturada seçilə bilir.  Son illərin dəbi olan saya rəngli fartuklar tədricən yerini fərqli dekorativ şüşələrə buraxır. Məsələn parça teksturalı fartuk şüşələrin istifadəsi mətbəxə qeyri adi abu hava qata bilər.  Eyni zamanda yarpaq teksturalı və oniks teksturalı şüşələr də mətbəxin interyer dizaynından asılı olaraq seçilə bilməkdədir. 

Yataq otağı - qarderob

Son illərin dəbdə olan interyer həllərindən biri yataq otağında ayrı bir qarderob otağının tərtib olunmasıdır. Yataq otağını bölmək ilk etapda çox praktik bir həll kimi görünsə də, ən çox düşündürən məqam isə bu iki otaq arasını necə və hansı material istifadə olunaraq bölünməsidir. Bu bölgü ilə sahəsi kiçilən otaqlarda ən əlverişli bölgü sistemi sürgülü şüşə sistemləridir. Belə ki, bir ox ətrafında sağa vəya sola hərəkət etməklə otaqda əlavə əlavə bir sahəni qaplamır. Hətda içərinin interyerinə uyğun olaraq da dekorativ parçalı tripleks şüşələr istifadə edilməklə otağa həm həcm həm də əlavə estetika qazandırmış olur. 

Otaq arası sürgülü arakəsmə 

Son 15 ilə qədər qonaq otağını mətbəxdən vəya xoldan ayırma məqsədi ilə istifadə olunan taxta arakəsmələr yavaş yavaş yerini daha incə və zərif şüşə arakəsmələrə ötürməyə başladığı üçün insanlar kütləvi olaraq şüşə arakəsmələrə üstünlük verirlər. Bu halda insanlar şüşə arakəsmə sistemlərin vuzual olaraq estetikliyini bəyənərək bəzən şəffaf şüşənin istifadəsini artıraraq ev içərisində qeyri ixtiyari #akvarium efekt#  dediyimiz təsuratı yaradırlar. Bundan qaçınmaq üçün şəffaf şüşələr yerinə hər bir interyer üslubuna uyğun dekorativ parça vəya qeyir parça materiallı şüşələr istifadə etməklə bunun əksini əldə edə bilmə imkanını yarada bilirlər. 

Hamam otağı ilə yataq otağı arası arakəsmə 

Yataq otağı ilə hamam otağı arasındaki divar arakəsməni şüşə ilə əvəz etmə trendi İnteryer Dizayn ideyaları baxımından ciddi təkan vermişdir. Yataq otağının daha böyük görünməsi və hamam otağının möhtəşəm dizaynı ilə bütünləşməsi açısından əvəz olunmaz bir həlldir. Eyni zamanda Hamam otağının da yataq otağına kontrast bir keçişi maraqlı bir abu hava yaratmaqdadır. Lakin bu halda şüşənin şəffaflığı biraz texniki problem yaratsa da həlli üçün çox bir zaman keçməmişdir. Bu arakəsmədə istifadə olunan şüşə smart şüşə olaraq seçildikdə tamamilə yaranan məsələni ortadan qaldırır. Şüşənin bir pult duyməsi ilə istənilən zaman mat (görünməyən) və istənilən zaman şəffaf olması müasir texnologiya icadlarının interyer dizayna bəxş etdiyi ən önəmli amillərdən biridir.