Hər keçən gün dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da İnteryer Dizayn və Mebel mövzusuna əvvəlkindən daha sıx rastlaşırıq. Mətbəx mebeli deyildikdə hamımızın əlbətdə ki, mətbəxin bütün bir divarını qaplayan mebel obyektini gözümüzdə canlandırırıq. Bu mebelin gözəlliyini məhz onun ayrılmaz hissələri olan xırda detallar təşkil edir. Biz də Glasstech olaraq bu yazımızı o xırda dediyimiz lakin möhtəşəmlik əks etdirən detallardan biri olan Şüşə Önlüyə (Fartuk vəya Skinali) ayırmaq istəyirik. Şüşə üzərində daim işləyən alimlər onun ildən ilə texniki xüsusiyyətlərini daha da təkmilləşdirirlər. Bu çalışmalar öz əksini şüşənin mətbəx mebeli dizaynlarında da tapır. Mətbəx şüşə önlük vəya fartuk dediyimiz bu detal mətbəx üzərində asma dolablarla çalışma masası arasında qalan divarın üzləməsinə deyilir. Aşağıda bu fartukların şüşə olaraq istifadəsinin üstünlükləri haqda danışmaq istəyirəm
Divar üzərinə asanlıqla yapışdırılan bütöv şüşə listlərin quraşdırılması çox qısa bir zaman zərfində həyata keçirilir. Quraşdırılma zamanı ətrafın təmiz qalması ayrı bir üstünlük təşkil edir. Şüşə panellərin bütöv olmağı, yəni birləşmə xətdinin olmamağı onun estetik baxımından da bir neçə pillə zirvəyə daşımış olur.
Mətbəx fartukları (önlükləri) temperli olduğu üçün sadə şüşədə termoşok deyə adlandırdığımız hal ilə üz-üzə gəlmir. Şüşədə termoşok halı demək, şüşənin səthi üzərində yaranan 30 dərəcəlik istilik fərqindən məydana qələn çatlama vəya qırılması deməkdir. Temperli şüşələrdə bu fərq 100 dərəcənin çox üstündə olduğu üçün belə bir problemlə üzləşilmir ki, bu da məhsulun rahat və uzun müddət istismarı mənasına gəlir.
Glasstech-də istehsal olunan Mətbəx Mebeli Fartuk şüşələri eyni zamanda həm də dekorativ şüşələrdir. Yəni bu şüşələr istənilən saya rəng vəya teksturalı istehsal olunaraq quraşdırıla bilir. Oniks teksturasından başlayaraq, müxtəlif abstrakt şəkillərə qədər bütün mövzular şüşə içərisinə yerləşdirilə bilər.
Mətbəx mebellərində istifadə olunan şüşə fartukların (şüşə önlük vəya skinali) digər üstünlükləri də ondan ibarətdir ki, şüşənin əşyaları əks etdirmə xüsusiyyətindən meydana gələn bir funksiyası mövcuddur. Bu da məkana əlavə bir dərinlik qataraq onu olduğundan daha böyük və həcimli hiss olunmasına imkan yaradır ki, bu da insanın bilavasitə əhval ruhiyyəsini artırır.
Bilindiyi kimi şüşə bir çox gündəlik istifadə olunan kimyəvi maddələrə qarşı davamlıdır. Yəni onlarla kimyəvi reaksiyaya girmədən öz əvvəlki vəziyyətini qoruyur. Bu da mətbəx fartuklarına uzun ömürlülük və asan təmizlənmə imkanı yaradır