AZ
RU EN
Smartglass şüşələr Glasstech istehsalatında istehsal olunaraq yerində quraşdırılmışdır. Layihədə dekorativ smartglass istifadə edilərək şüşə arakəsmə, aluminium otaq arası qapılar və ekstra clear şüşə məhəccərlər də istehsal olunaraq montaj olunmuşdur.
Bakı, Seabreeze 2021 - Aug 01,2021

Smartglass hamam otağı və dekorativ şüşəli aluminium qapılar

Seabreeze Smartglass Hamam otağı şüşə arakəsmələr və Dekroativ şüşəli qapılar

Glasstech şirkəti olaraq yenə bir ilkə imza ataraq Seabreeze Lighthouse-da yerləşən bir mənzildə yeni ideyanı həyata keçirdik. İki şüşə arasında dekorativ material yerləşdirərək smart plyonka ilə kompozit halın gətirildi və iki şüşə arasında yüksək temperaturda bişirilərək dekorativ smartglass halına gətirildi.

  • Layihə bir çox uğurlu və təkrar olunmaz layihələrə imza atan Memar Dizayner Vahit Kasımoğlu-na aitdir. Xüsusi yanaşma göstərərək dizayn etdiyi dubleks olan bu mənzilə möhtəşəm və bənzərsiz bir abu hava qatmışdır. Ümumilikdə 3 ədəd Hamam otağı olan bu evin şüşə araəkəsmələrində Glasstech dekorativ Smartglass istifadə edilmişdir.
  • Hər bir hamam otağında bir ədəd hündürlüyü 2.8 m olan otaq arası qapı quraşdırılaraq onların da içərisində dekorativ parça tripleks şüşələr istifadə edilmişdir.
  • Şüşələr temperli olduğu üçün həm zərbələrə 5 qat daha müqavimətlidir həm də səs keçirməzlik xüsusiyyətinə malikdir.
  • Birinci mərtəbəni ikinci mərtəbəyə bağlayan pilləkan məhəccəri olaraq isə ekstra clear temperli məhəccər şüşəsi istehsal olunaraq nöqtə tutucularla quraşdırılmışdır.
Gallereya