AZ
RU EN
smartglass və smart şüşə kimi bilinən bu şüşələr eyni zamanda pultla şəffaflaşan və matlaşan şüşə kimi bilinir

Smart şüşə

Smartglass 

Glasstech tərəfindən istehsal olunan Smartglass vəya ağılllı şüşə olaraq bilinən bu məhsul elektrik enerjisi (60-65 V) sayəsində istənilən zaman şəffaf və istənildiyində də matlaşa bilir. Bu şüşə növünün əsas komponenti olan maye kristalllardan ibarət xüsusi smart plyonkadır. Bu plyonka İki şüşə arasına yerləşdirildikdən sonra xüsusi sobalarda vakumlanaraq pişirilir və bir bütün hala gəlir. Plyonka tərkibində maye kristallardan ibarət kütləyə elektrik enerjisi verilərək onun optik xüsusiyyətləri dəyişdirilir. Xammalı xaricdən təmin olunan bu şüşənin istehsalı müxtəlif etaplardan keçərək həyata keçirilir. 

İki ədəd temperli şəffaf vəya rəngli şüşələr arasına yerləşdirilərək istehsal olunan bu şüşə eyni zamanda tripleks şüşə kateqoriyasına aitdir. Şüşənin tripleks (lamine şüşə) olmağı onun həm təhlükəsiz (sındığı zaman bir bütün olaraq qalmağı və yerə səpələnməməsi) olmağını təmin edir həm də səs keçirməz şüşə halına gəlməsinə səbəb olur. Smart plyonka təbəqəsinin iki şüşə arasına yerləşdirmənin əsas məqsədi məhsulun uzun illər cızılmadan və xəsar görmədən istismar edilməsi məqsədini daşıyır. . Şüşələrin temperli olmağı panelin 5 qat zərbə və temperatur fərqindən yarana bilən şoklara qarşı daha dayanıqlı olmağını təmin edir. 

Şəffaflaşma və matlaşma əməliyyatı pult vəya divara quraşdırılan elektrik düymə ilə həyata keçirilir. Eyni zamanda xüsusi aparat vasitəsilə matlaşma dərəcəsini tənzimləmək də mümkün olur. Şüşə şəffaf vəya mat olduğu zaman hər iki tərəfdən eyni dərəcədə görüntüyə sahib olur. 

Smartglalss texniki xüsusiyyətləri 

  • Maksimal ölçülər: 1700 x 3100 mm 
  • Elektrik enerjisi: 60-65 V (AC) 
  • Elektrik sərfiyatı: 5 W/m2 - saat
  • Adaptor növü: 220 V 
  • On/Off keçid müddəti: 10 msaniyə
  • Off/On keçid müddəti: 200 msaniyə 
  • İstismar müddəti: yanılı haldı 10 il 
  • İşləmə rejimi: Şəffaf (yanılı halda),    Mat (sönülü halda) 
  • Şəffaf halda işıq ötürmə miqdarı: 85 % 
  • Adaptor ölçüləri: 150 x 200 x 100 mm 

Smartglass (ağıllı şüşə) istifadə sahələri 

  • Ofis arakəsmə və bölmələrində
  • Hotel otaqları hamam və otaq arası şüşə
  • Toplantı otaqlarında 
  • Mənzil otaq arası arakəsmələrdə 
  • Mətbəx və qonaq otağı arası arakəsmələrdə 
  • Qapılar 
  • Pəncərələr 
  • Duş kabin 
  • Xəstəxana əməliyyat otaqları
  • Bank Kassa ətrafı şüşələrdə
  • Muzeylərdə eksponat arakəsmələrində
Gallereya
  • smart ağıllı şüşə
  • smartglass pult şüşə
  • smartglass elektrik şüşə
  • smart şüşə
  • şəffaflaşan şüşə
  • matlaşan şüşə
  • matlashan shushe
  • smartglass və smart şüşə