AZ
RU EN
SM
Smart şüşə

Smart şüşə növləri iki şüşə arasına yerləşdirilmiş xüsusi plyonka olan "pdlc"yə cərəyan (60-70 V) verilərək mat və ya şəffaf hala gətirilən şüşələrdir.

Bu şüşənin ən üstün cəhəti pərdə və jalüzi kimi materialları əvəz etməsi və uzun illər boyunca istismar oluna bilməsidir.

Şəffaf halda (qoşulu vəziyyətdə) cəmi 15 W elektrik sərfiyyatı ilə 50000 saatdan çox istismar ömrü olan bu növ şüşələr istifadəçiyə komfort yaradır. Həm düymə, həm də uzaqdan idarəetmə cihazı vasitəsilə işləyən bu şüşələr ofis toplantı otaqları, ofis arakəsmə şüşələri, hamamla yataq otağı arası şüşələrdə, pəncərələrdə və bir çox konstruksiyalarda rahatlıqla istifadə oluna bilər.