AZ
RU EN
şüşə qış baxçaları və şüşə konstruksiyaların istehsal və quraşdırılmasında bir çox layihəyə imza atan Glasstech

Şüşə qış baxçaları

Glasstech qış baxçası konseptində olan konstruksiyaların hazırlanması və quraşdırmasını 7 illdən artıq bir müddətdir ki həyata keçirir. 

Şüşə qış baxçaları bağ evlərində, restoranların veranda hissəsində binaların üst mərtəbələrində daha çox istifadə olunur. Konstruksiyanın hesablanması zamanı şüşə qalınlıqları, şüşənin açılma mexanizmləri, şüşə vəya qeyri şüşə tavanlar diqqətə alnır. Metal konstruksiyanın yüngül olması baxımından bəzən fiber glass olaraq adlandırılan panellərdən istifadə olunur. 

  • Şüşə növləri 
    • Qış baxçalarında kənar təsirlərə dayanıqlı olmağını təmin etmək baxmından şüşələr mütləq şəkildə temperli vəya temperli və lamine (tripleks) olaraq istifadə olunmalıdır. Bu yanaşma şüşəni 5 qat daha möhkəm olmağını təmin edir eyni zamanda da tripleks (lamine şüşə) olması onun təhlükəsiz və səs izolasiyası baxımından daha dayanqlı olmağına şərait yaradır. 
  • Daşıyıcı metal konstruksiya 
    • Şüşə materiallarının rahat hərək etməyini və sabit qalabilməyini təmin etmək üçün metal konstruksiya öncədən hesablanaraq prosesə start verilir. 
  • Qış baxçası damı vəya örtükləri 
    • Alıcıların istəyindən asılı olaraq Damlar şüşə vəya digər materiallardan yığıla bilir. Şüşə olmağının üstünlüyü məkana daha çox günəş işığının daxilm olmağını təmin etmək olur. Burada yay aylarında artıq istilikdən qaçınmaq üçün şüşə dam (skylight) üzərinə əlavə hərəkətli tent konstruksiyası da quraşdırıla bilir. 
  • Fasad 
    • Qış baxçalarının fasadları bir mənalı olaraq şüşədən hazırlanaraq yığılır. Burada şüşə növü istər şəffaf istərsə də şüşə paketi içərisində Jaluzi mexanizmlər istifadə oluna bilir. İstifadəçinin istəyinə bağlı olaraq jaluzi istər öz oxu ətrafında rahatlıqla döndürülərək işığın içəriyə daxil olmağının kontrolu həyata keçirilir, istənildiyində isə tam yuxarı qaldırılaraq günəş işığının tam olaraq içəriyə daxil olmağına şərait yaradılır. 

 

Gallereya
  • qış baxçası cam blkon metal konstruksiya
  • şüşə konstruksiya qış baxçası bakı
  • şüşə qış baxçaları cam balkon və lamine şüşə