AZ
RU EN

Şüşə necə istehsal olunur? 

Şüşə necə istehsal olunur? 

20-ci əsrin ortalarına qədər şüşəni xammalı əritdikdən sonra tökülmə və daha sonra da cilalama metodu ilə hazırlayırdılar. Bunu şüşəni ideal vəziyyətə gətirmək üçün edirdilər. Lakin 1959-cu ildə float metodun tətbiqi ilə  cilalama prosesi aradan qaldırıldı. Bununla da şüşə istehsalatında insan əməyinə ehtiyac azaldı və insan faktorundan qaynaqlanan çətinliklərin bir çoxu ortadan qalxmış oldu. 

Float metod olaraq adlandırılan bu istehsalat növü aşağıdaki etaplardan ibarətdir: 

  • I mərhələ:  xammalın qarışdırılması  prosesi baş verir. Bu qarışıq təqribən 60% kvars qumu, 20 % soda və sulfat, eyni zamanda da 20 % əhəng və dolomitdən ibarətdir. Bu materiallar bircins hala gələnə qədər nəhəng bıçaqlar vasitəsilə kiçik hissəciklərə gətirilənə qədər üyüdülərək  qarışdırılır. 

 

  • II mərhələ: qarışığa əlavə olaraq 20 % emal olunmuş şüşə tullantıları da əlavə olunur və bütün bu kütlə sobada  1600°C  temperaturda əridirlir. Nəticədə əhəng və soda tərkibli silikat şüşə əldə olunur. 

 

  • III mərhələ: hazır şüşə kütləsi hovuzda 1200°C temperaturadək soyudularaq maye qalayla doldurulmuş bir kameraya axıdılır.  Əridilmiş qalay səthinin spesifik gərilməyə malik olması və yoğunluğunun şüşədən daha yüksək olması şüşə kütləsinin qalayda batmamağa imkan verir.  Bu da maye halında olan şüşə kütləsinin  maye qalayda səthə doğru rahatlıqla üzdürülərək hərəkət etməyinə imkan yaradır.

 

  • IV mərhələ: daha sonra temparatur 1000 °C dərəcədən 600 °C dərəcəyə qədər soyudulur. Qatı maye halında olan bu material, emal peşrosesinin sonunda qaldırılabilən qatı şüşə listi halına çevrilir.

 

  • V mərhələ: şüşələr lazımı standart list ölçülərində kəsilərək xüsusi konteynerlərə yerləşdirilir və alıcıya göndərilmək məqsədiylə hazır vəziyyətə gətirilir.

Glasstech şirkəti olaraq biz bu şüşə listləri təchiz edərək öz istehsalatımıza gətirir və alıcılarımızın sifarişləri əsasında aşağıdaki məhsulları istehsal edirik