ŞÜŞƏ PAKETİ İÇƏRİSİNDƏ JALUZİ
Bir jalüzinin şüşə paketinin içinə quraşdırılması onun hər hansı mexaniki müdaxilələrə qarşı qorunmasını təmin edir. Bununla yanaşı jalüzi pərlərinin tozlanmasının, kirlənməsinin qarşısını alır və hava şərtlərindən təsirlənməməsini təmin edir. Bu səbəblə periodik olaraq keçirilən texniki baxış və təmizləmə kimi vaxt itkisi aradan qalxmış olur.
Ən üstün cəhətlərindən biri də həm bina fasad şüşələrində, həm ev pəncərələrində, ofis ara bölmə şüşələrində, iclas otaqlarında/salonlarında, xəstəxanaların əməliyyət otaqlarında çox rahatlıqla istifadə oluna bilməsidir. Şüşə arasında istifadə olunan jalüzi pərləri bu sahə üzrə dünyanın ən böyük və ən keyfiyyətli firması olaraq tanınan “Hunter Douglass” (Hollandiya) firmasından təmin olunur. Bu bizə müştərilərimizə uzun illər boyunca rahatlıqla istifadə edə biləcəyi məhsul təqdim etmə imkanı verir. Keyfiyyət baxımından “Glasstech”i digər firmalardan fərqləndirən bir çox ünsur mövcuddur. Bunlardan biri, heç bir sistemimizdə şüşə üzərində dəlik açmadan məhsulu istehsal etməyimizdir. Çünki bu əməliyyat şüşə üzərində açılan dəliklərdən havanın daxil olması ilə gələcəkdə ciddi problemlər yaradaraq məhsulun yararsız hala düşməsinə səbəb olur.
Şüşə içərisində Jaluzi və Pərdələrin istifadəsinin üstünlükləri
Şüşə içi jaluz xüsusiyyətləri və növləri
Şüşə içi plise pərdə
Şüşə paketi içərisində duet pərdə növləri
Şüşə paketi içərisində ştor pərdə növləri
Zəncirli maqnitli system
Maqnitli sistemdə jalüzinin şüşə içində aşağı – yuxarı və ya öz oxu ətrafında hərəkət etməsini təmin edən əsas ünsur onun şüşə üzərinə yapışdırlan maqnitindən ibarətdir ki, içəridəki sistem maqnit sahəsi vasitəsi ilə döndürülür. Burada jalüzi yuxarı və aşağı hərəkət etməklə yanaşı, onu öz oxu ətrafında da hərəkət etdirilə bilir (bu özəllik sadəcə jalüziyə aiddir)
Jalüzi sistemlərdə mexanizm maksimum
Motorlu sistem
Pult və ya bir düymədən istifadə etməklə iki şüşə arasındaki üst çərçivəyə yerləşdirilmiş şüşə içindəki motor çalışdırılaraq pərdə və ya jalüzinin həm aşağı – yuxarı, həm də öz oxu ətrafında dönməsi (yalnız jalüzi üçün) əldə edilir.
İki növ alıcı mövcuddur. İkili alıcı maksimum 2 ədəd pərdə çalışdıra bilir və özlüyündə adaptoru olduğu üçün kənardan əlavə adaptora ehtiyac olmur. Dörtlü alıcı maksimum 4 ədəd pərdə çalışdıra bilir və əlavə olaraq kənardan adaptor ehtiyacı yaradır. Alıcılar eyni zamanda pərdəni kontrol edən düymə-buton vəzifəsi də görürlər. İkili alıcı üzərindəki düymələr ilə pərdələrin qrup şəklində kontrolu mümkündir. Lakin dördlü alıcı üzərindəki düymələr ilə pərdələri qrup şəklində idarə etmək mümkün deyil. Uzaqdan idarə etmə cihazı radio dalğaları ilə çalışdığı üçün 99 ədəd pərdəni yalnız bir pult ilə müstəqil şəkildə idarə etməyə imkan verir. Bununla yanaşı qrup kontrolu olaraq da istifadə oluna bilir ( hər iki alıcı modeli üçün də mümkündür).
Butonlu sistem
Pəncərə çərçivəsi və ya divar üzərinə quraşdırılan yuvarlaq bir butonun sağa-sola çevrilməsi ilə şüşə paketi içərisinə yerləşdirilən troslu mexanizm hərəkət etdirilmiş olur. Bu hərəkət nəticəsində jalüzi pərlərinin yalnız öz oxu ətrafında hərəkəti təmin edilmiş olur.
Pəncərə çərçivəsi və ya divar üzərinə yapışdırılan detal ölçüləri: