AZ
RU EN

Şüşəiçi təbii bitkilər

Glasstech şirkətinin şüşə və şüşə məhsulları 2 əsas kateqoriyaya ayrılır: sadə və dekorativ şüşələr.

  • Dekorative şüşələr – şüşəiçi bitki

Dekorativ şüşələrin növbəti seriyası - şüşəiçi bitki seriyasıdır. Orqanik (saman və s. bitki) teksturalı şüşələr maraqlı hazırlanma proseslərinə sahibdirlər. Təbii bitkiləri iki temperli şüşə arasına yerləşdirərək şüşələr tripleks (laminə) olunur. Bəzən daha gözəl effekt almaq üçün bitkilərdə xüsusi dəyişikliklər edirik. Məsələn təbii saman 2 şüşə arasında daha canlı və parlaq görünməsi üçün- hər bir samanın qabığı soyularaq və xüsusi qaydada şüşələrin arasına yerləşdirərək hazırlanır.

  • İnteryer dizaynda istifadəsi

Təbiəti sevənlər və tebii bitkiləri canlı görmək istəyənlər üçün bu ən uyğun seçimlərdən biridir, interyer dizaynerlər isə öz modern və orijinal təkliflərində rahatlıqla bu teksturalı şüşələrdən istıfadə edə bilərlər. Orqanik (saman və s. bitki) teksturalı şüşələr - ev, mənzil və bağ təmiri zamanı bütün landşaft dizaynlarıda tədbiq etmək mümkündür.

Şüşəiçi bitki daşıyıcı konstruksiyalar: Şüşə arakəsmə, şüşə qapı (sürgülü şüşə qapı, sadə şüşə qapı), şüşə məhəccər (perila), duş kabin, mətbəx fartuku (mətbəx önlüyü, skinali), şkaf kupe, şüşə sütun (şüşə kolon), şüşə tavan (asma tavan), TV stand panno ( sadə pano), cam balkon, masa üzlükləri, mebel üzlükləri, divar üzlükləri, hovuz üzlükləri, reseption masaları, şüşə qış baxçaları və s.

Gallereya