AZ
RU EN

Loft stildə arakəsmələr

Dünya bazarında son 10 ilin trendinə çevrilən loft stilində arakəsmələr interyer dizaynda yüngül və unikal görünüşü ilə arakəsmələr arasında öz yerini dəyişməz olaraq saxlayır. Loft arakəsmələr məkanları geniş və işıqlı, ən əsası isə səligəli və kompakt görünməyə kömək edir. Loft arakəsmələr ən çox loft dizaynda olan evlərdə, ofislərdə, studiolarda, kafe və restoranlarda tədbiq olunur, yalnız istifadə olunarkən mebel, texnika və hər bir aksesuar ideal şəkildə seçilərək loft stilinə uyğunlaşmalıdır. Glasstech şirkəti Loft arakəsmələrini həm istehsal həm də quraşdırmasını edən firma olaraq öz müştərilərinə müxtəlif rəngli və ya sadə triplek şüşə tədbiqini təklif edir. Loft arakəsmələrdə ən çox istifadə olunan şüşə- sadə şəffaf temperli və triplek (laminə) şüşələrdir. Temperli və tripleks (laminə) şüşələrdən hazırlanan şüşələr adi şüşədən fərqli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, bu da o deməkdir ki, Glasstech şirkəti yalnız interyerinizin gözəlliyini yox sizin təhlükəsizliyinizi də təmin etmiş olur.

 

 

Gallereya