AZ
RU EN

Otaq şüşə arakəsmələr

İnteryer dizayn dünyasında otaq arakəsmələri son zamanlar bir trendə çevrilib. Tez-tez qonaq otaqlarında istifadə olan şüşə arakəsmələr zövgə və  interyerə görə dəyişilir. Xüsusən də dizaynerlər və memarlar otaq arakəsmələri üçün istifadə olunan qeyri-adi, bənzərsiz və kreativ şüşə və şüşə məhsullarının axtarışındadırlar. Glasstech şirkəti öz bol çeşidli şüşə və şüşə məhsulları ilə hər kəsin istəyini reallaşdırmaq üçün geniş imkanlar yaradır, belə ki otaq arakəsmələri bir çox şüşə məhsullarından hazırlana bilər. Oniks, mərmər, qranit, aqat, parça, tül, metal teksturalı dekorativ şüşə seriyalarından hazırlanan və hər cür zövgə oxşayan otaq arakəsmələri evlərin təmiri zamanı interyer dizaynın əsas elementinə çevrilir. Temperli və tripleks (laminə) şüşələrdən hazırlanan dekorativ şüşələr adi şüşədən fərqli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, bu da o deməkdir ki, Glasstech şirkəti yalnız interyerinizin gözəlliyini yox sizin təhlükəsizliyinizi də təmin etmiş olur.

Gallereya