AZ
RU EN

Şəffaf lamine şüşə

Glasstech şirkətinin şəffaf laminə şüşələrin hazırlanması bir çox etaplardan keçərək həyata keçirilir.

  • Tripleks şüşələr necə hazırlanır?

İki və ya bir neçə şüşə qatının aralarına şəffaf plyonka qoyulur və sobada yüksək temperatur altında bişirilir. Tripleks şüşələr həm temperli həm də tempirsiz şüşələrdən hazırlana bilər, lakin temperli şüşələrdən istifadə olunması məsləhət görülür, çünki temperli şüşələr adi şüşələrdən fərqli olaraq 5 qat zərbəyə daha davamlıdırlar, laminə olması isə şüşə sındıqda şüşə qırıntılarının tökülməsinin qarşısını alır. Bununla yanaşı tripleks şüşə ultra bənövşəyi şüəların mənfi təsirindən qoruyur (mebel, divar üzlüklərin solması və rənglərinin dəyişilməsinin qarşısını alır). Bundan əlavə şəffaf laminə şüşələr səs izoliyasıyasını da təmin edir.

  • Tripleks (laminə) şüşələrin istifadə sahəsi

Dizaynerlər və memarlar interyer dizaynda istifadə etdikləri bir çox şüşələr – temperli və laminə şüşələrdir. Glasstech şirkəti sizin həm interyer dizaynınızı həm də təhlükəsizliyinizi təmin etmək üçün bütün dekorativ şüşələri – temperli və tripleks (laminə) şüşələrdən istifadə edərək istehsal edir. Şəffaf laminə şüşələr (tripleks) mütləq şəkildə bu daşıyışı konstruksiyalarda istifadə olunmalıdırlar:  Məhəccərlər, şüşə tavanlar, qapı və arakəsmələr və s.

Şəffaf laminə şüşə daşıyıcı konstruksiyaları: :  Şüşə arakəsmə, şüşə qapı (sadə və sürgülü qapı), şüşə məhəccər, duş kabin, mətbəx fartuk (skinali), şkaf kupe, şüşə sütun (şüşə kolon), şüşə tavan (asma tavan), panno (TV arxası panno), cam balkon, masa üzlükləri, mebel üzlükləri, divar üzlükləri və hovuz üzlükləri  kimi yerlərdə parça şüşə istifadə etmək olar.

 

Gallereya