Smartglass
Glasstech tərəfindən istehsal olunan Smartglass vəya ağılllı şüşə olaraq bilinən bu məhsul elektrik enerjisi (60-65 V) sayəsində istənilən zaman şəffaf və istənildiyində də matlaşa bilir. Bu şüşə növünün əsas komponenti olan maye kristalllardan ibarət xüsusi smart plyonkadır. Bu plyonka İki şüşə arasına yerləşdirildikdən sonra xüsusi sobalarda vakumlanaraq pişirilir və bir bütün hala gəlir. Plyonka tərkibində maye kristallardan ibarət kütləyə elektrik enerjisi verilərək onun optik xüsusiyyətləri dəyişdirilir. Xammalı xaricdən təmin olunan bu şüşənin istehsalı müxtəlif etaplardan keçərək həyata keçirilir.
İki ədəd temperli şəffaf vəya rəngli şüşələr arasına yerləşdirilərək istehsal olunan bu şüşə eyni zamanda tripleks şüşə kateqoriyasına aitdir. Şüşənin tripleks (lamine şüşə) olmağı onun həm təhlükəsiz (sındığı zaman bir bütün olaraq qalmağı və yerə səpələnməməsi) olmağını təmin edir həm də səs keçirməz şüşə halına gəlməsinə səbəb olur. Smart plyonka təbəqəsinin iki şüşə arasına yerləşdirmənin əsas məqsədi məhsulun uzun illər cızılmadan və xəsar görmədən istismar edilməsi məqsədini daşıyır. . Şüşələrin temperli olmağı panelin 5 qat zərbə və temperatur fərqindən yarana bilən şoklara qarşı daha dayanıqlı olmağını təmin edir.
Şəffaflaşma və matlaşma əməliyyatı pult vəya divara quraşdırılan elektrik düymə ilə həyata keçirilir. Eyni zamanda xüsusi aparat vasitəsilə matlaşma dərəcəsini tənzimləmək də mümkün olur. Şüşə şəffaf vəya mat olduğu zaman hər iki tərəfdən eyni dərəcədə görüntüyə sahib olur.
Smartglalss texniki xüsusiyyətləri
Smartglass (ağıllı şüşə) istifadə sahələri